
Sentyabrın 12-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan İctimai Şuranın yaradılması haqqında sərəncam imzalayıb.
Bu haqda Artsax Respublikası Prezidentinin administrasiyasından məlumat verib.
“Şura müşavirə orqanıdır, onun bütün üzvləri könüllülük əsasında, ictimai əsaslarla daxil ediləcək.
Sərəncama əsasən, Şuranın nizamnaməsi təsdiq edilib və Şuranın nizamnaməsində nəzərdə tutulmuş müddətlərdə strukturun digər 17 üzvünün seçilməsi prosesini təşkil edəcək 8 üzv təyin edilib.
Bu sərəncam rəsmi dərc edildiyi gündən qüvvəyə minir və Artsax Respublikası Prezidentinin səlahiyyətlərini icra edənin səlahiyyətləri başa çatana qədər qüvvədə qalır”- deyərək məlumatda qeyd olunub.







