
ER İnsan Hüquqları müdafiəçisinin əməkdaşlarının monitorinqi və hazırda toplanmış faktların öyrənilməsi sübut edir ki, 2022-ci il sentyabrın 13-14-dəSünik, Geqarkunik və Vayots Dzorda mülki əhali və təhsil müəssisələri də daxil olmaqla həyati əhəmiyyətli ictimai infrastrukturlar uşaq bağçaları, məktəblər Azərbaycan silahlı qüvvələri tərəfindən hədəfə alınıb. Bu haqda İHM junalistlə söhbətində qeyd edib.
“Azərbaycanın Sünik, Vayots Dzor və Geqarkunik vilayətlərinə hücumu nəticəsində uşaqların yaşamaq, sağlamlıq, təhlükəsiz mühitdə yaşamaq, ailədə və cəmiyyətdə yaşamaq, şəxsi inkişaf və müdafiə hüquqları və ümumiyyətlə bir sıra hüquqlar pozulub.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan silahlı qüvvələrinin müxtəlif hərbi texnikadan istifadə etməsi, xüsusən də uşaqların məktəbə və bağçaya getdiyi saatlarda daha intensiv olub.
Mövcud şəraitdə xüsusilə köçkün icmalarının uşaqları təhsil hüquqlarını həyata keçirmək imkanlarından məhrumdurlar. Bəzi hallarda məktəblər və uşaq bağçaları Azərbaycan silahlı qüvvələrinin birbaşa atəşinə və hədəfinə çevrilir.
Müdafiəçinin iş heyətində topladığı məlumatlarda Azərbaycan silahlı qüvvələrinin təhsil müəssisələri istiqamətində müxtəlif növ silahlardan istifadə etməsi göstərilir.
Məsələn, Geqarkunik vilayətiin Sotk icmasının təhsil müəssisəsinə ziyan dəyib.
Bu xüsusda qeyd etmək lazımdır ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasında müharibədən zərər çəkmiş uşaqların qayğı və müdafiəsi üçün birbaşa olaraq xüsusi tədbirlər görülməlidir.
Bundan əlavə, Konvensiya üzv dövlətlərdən silahlı münaqişələrdə uşaqların hüquqları ilə bağlı beynəlxalq humanitar hüquqa hörmət etməyi öhdəsinə götürməyi tələb edir.
Bu kontekstdə bir daha vurğulamaq vacibdir ki, silahlı münaqişə və ya hərbi vəziyyətdə hərbi əməliyyatlarda iştirak etməyən uşaqların hüquqları 1949-cu il Mülki şəxslər haqqında qanunla təmin edilir.
Buna əsasən, Müdafiəçi uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların diqqətini Vayots Dzor, Syunik və Geqarkunikdə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində uşaq hüquqlarının kobud şəkildə pozulmasına aydın reaksiya verməyə cəlb edir.
Bütün bunların dərhal aradan qaldırılması istiqamətində əməli addımlar atılmalıdır”- deyərək İHM əməkdaşları bildiriblər.







