
Sentyabrın 16-da Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanın təcavüzündən zərər çəkmiş rayonlara səfər ediblər.
Cermuk şəhərində ER Silahlı Qüvvələri Baş Qərargahının rəisi – müdafiə nazirinin birinci müavini, general-mayor Edvard Asryan Azərbaycanın sentyabrın 13-də törətdiyi genişmiqyaslı təcavüz nəticəsində yaranmış vəziyyəti, mərmi və raket atəşləri nəticəsində Cermuk şəhərinin mülki infrastrukturuna dəymiş ziyanı təqdim edib, əməliyyat şəraiti barədə məlumat verib.

General-mayor Edvard Asryan xarici diplomatların suallarını cavablandırıb, həmçinin Azərbaycan hərbçiləri tərəfindən döyüş mövqelərində həlak olan erməni hərbçilərə qarşı törədilən işgəncələrə toxunaraq, onları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.








