
Sentyabrın 18-də ER müdafiə naziri Suren Papikyan Ermənistanda rəsmi səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Suren Papikyan Nensi Pelosiyə vəziyyətə operativ reaksiya verdiyinə, Ermənistana səfər etdiyinə və sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı genişmiqyaslı hərbi təcavüzü ilə bağlı ünvanlı qiymətlər verdiyinə görə təşəkkür edib.
Müdafiə naziri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Azərbaycanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Nensi Pelosi öz növbəsində vəziyyətlə bağlı ABŞ-in mövqeyini təqdim edib.
Görüş zamanı iki ölkənin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.








