ArtsaxBaşlıcaSiyasət

Arstax xalqı öz vətənində yaşamaq uğrunda mübarizəsini dayandırmayacaq: Arayik Harutyunyan

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan qeyd etdi ki, Azərbaycan-Qarabağ münaqişəsi hələ də həlll olunmayıb. Bu münaqişə ilk növbədə, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və müzakirəsiz tanınması və onun həyata keçirilməsinin nəticələri əsasında həll edilməlidir.

“Artsax xalqına öz müqəddəratını təyin etmək hüququ təkcə beynəlxalq hüququn məşhur sənədləri ilə deyil, həm də münaqişənin həlli üçün beynəlxalq mandata malik ATƏT sənədləri ilə verilir. Üstəlik, 44 günlük müharibə nəticəsində münaqişənin həllinin əsasını təşkil edən üç prinsipdən ikisi – ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi əsassız və vaxtı keçmiş olub, Azərbaycanın təcavüzü və bəşəriyyətə qarşı cinayətlər isə xalqların öz müqəddəratını təyinetmə hüququmuzun tam tanınması və qorunması zərurətini şübhəsiz gücləndirdi.

Bu fürsətdən istifadə edərək, mən bir daha beynəlxalq ictimaiyyətin aktyorlarını öz öhdəliklərini yerinə yetirməyə və Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu və Artsax Respublikasının müstəqilliyini tanımağa çağırmaq istərdim.

Xalqların öz müqəddəratını təyinetmə hüququnun yeganə subyekti Artsax xalqıdır. Arstax xalqı öz vətənində öz taleyini təyin etmək və onu tam şəkildə idarə etmək uğrunda mübarizəsini dayandırmayacaq və əminəm ki, bu mübarizə bütün erməni xalqı və dəyərli dostlarımızın qeyd-şərtsiz dəstəyi ilə davam edəcək.

Öz kimliyimizi qorumaq üçün tarix bizi qan bahasına iki erməni dövləti yaratmağa məcbur etsə də, biz həmişə vahid erməni vətəni ideyası ilə yaşadıq və bu gün də rəhbər tuturuq.

Biz xalqların öz müqəddəratını təyinetmə hüququna və milli maraqlarımıza əsaslanaraq, 1991-ci ildən bəri seçdiyimiz yol olan Artsax Respublikasının müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün səylərimizi davam etdiririk.

Biz səbirlə silahlanaraq, qırmızı xətləri aydın tutaraq, strateji mübarizə ilə seçdiyimiz yolumuza davam etməliyik. Əminəm ki, ardıcıl və strateji səylər nəticəsində ədalətli məqsədimizə nail olacağıq.

Ermənistan hakimiyyəti dəfələrlə əmin edib ki, bizimlə müzakirə etmədən və Artsax xalqının fikrini nəzərə almadan Artsaxla bağlı heç bir sənəd imzalanmayacaq. Sizi bir daha əmin edirəm ki, biz Artsax xalqının maraqlarına zidd olan heç bir sənədi qəbul etməyəcəyik və mən bunu indi dünyaya elan edirəm”,- deyə Arayik Harutyunyanq eyd etdi.

Daha çox göstər
Back to top button