BaşlıcaSiyasət

İİR Parlamentinin Milli təhlükəsizlik komitəsi İranın bölgənin sərhədlərinin dəyişdirilməsi xəyalını kabusa çevirəcəyini açıqlayıb

İİR Parlamentinin Milli təhlükəsizlik komitəsi İranın bölgənin sərhədlərinin dəyişdirilməsi xəyalını kabusa çevirəcəyini açıqlayıb.

İran İslam Parlamentinin Milli təhlükəsizlik və Xarici siyasət komitəsinin rəhbəri deyib: İran regionun sərhədlərinin dəyişdirilməsi xəyalını kabusa çevirəcək.

Televiziyaya verdiyi müsahibədə Vahid Cəlalzadə Azərbaycan və Ermənistan sərhədlərində baş verən son hadisələrdən narahatlığını bildirib və deyib: “İslam Parlamentinin Milli təhlükəsizlik komitəsi son hadisələri  araşdırır”.

O, Tehranın müstəqillik əldə etdikləri ilk günlərdən Azərbaycan, Ermənistan, Türkmənistan və digər sovet respublikalarının yanında olduğunu və bu ölkələrin hökumətlərinə müxtəlif yardımlar göstərdiyini bildirərək əlavə edib: “İran regionun sərhədlərinin dəyişdirilməsinin qarşısını alacaqdır”.

İran rəsmiləri də bundan əvvəl regionun sərhədlərinin dəyişdirilməsinin və İranın sərt mövqeyinin ağır nəticələri barədə xəbərdarlıq edərək, bunun Tehranın qırmızı xətti olduğunu bildiriblər.

Daha çox göstər
Back to top button