BaşlıcaSiyasət

KTMT missiyası sərhəd vəziyyətinin öyrənilməsini davam etdirəcək

Sentyabrın 21-də Yerevanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və KTMT-nin baş katibi Stanislav Zas görüşüb.

Strukturun informasiya xidmətindən verilən məlumata görə, hazırkı vəziyyətdə KTMT-nin həyata keçirəcəyi mümkün tədbirlər müzakirə olunub. Tədbirlərin konkret nədən ibarət olduğu barədə ətraflı məlumat verilmir.

Stanislav Zas beş günlük səfərlə Ermənistana gəlib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bildirir ki, missiyaya cari vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin liderləri üçün regiondakı vəziyyətlə bağlı ətraflı hesabat hazırlamaq və gərginliyin azaldılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

KTMT baş katibinin səfərindən əvvəl Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi strukturun monitorinq qrupu Ermənistanda olub. Qrup Ermənistan-Azərbaycan sərhədinin bir neçə hissəsində müşahidələr aparıb və missiyanın sonunda Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması ilə bağlı təkliflər hazırlayıb. Monitorinq qrupu Yerevanın dəstək üçün rəsmi müraciətinə cavab olaraq göndərilib.

KTMT missiyasının üzvlərinin sərhədyanı rayonlarda olacağı, mövcud vəziyyəti öyrənəcəyi, həmçinin Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Daha çox göstər
Back to top button