
Azərbaycandan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri olan ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı müsbət cavab yoxdur.
Bu haqda ER Baş naziri Nikol Paşinyan özünün Twitter səhifəsində BMT-dəki çıxışına istinadən yazıb.
“BMT-dəki çıxışımda sadə bir sual verdim. Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri olan ərazi bütövlüyünü tanıyırmı?
Əgər belədirsə, sülh müqaviləsinin müzakirəsini davam etdirə bilərik. Təəssüf ki, müsbət cavab yoxdur. Sual: Niyə?” – deyərək Paşinyan yazıb.







