BaşlıcaBeynəlxalq

Bu, yeni bir soyqırım cəhdidir:  Argentinanın erməni icması Azərbaycan səfirliyinə doğru yürüş edib

Argentinanın erməni icmasının gənclər təşkilatları Argentina Respublikasının Erməni İnstitutlarının (IARA) dəstəyi ilə sentyabrın 13-də Azərbaycanın Ermənistana hücumuna etirazlarını bildirərək, sentyabrın 25-də Azərbaycan səfirliyinə doğu yürüş ediblər.

Bu haqda “Diaro Armenia” məlumat yayıb.

Sentyabrın 27-də Azərbaycanın Türkiyənin dəstəyi ilə Artsaxa qarşı başladığı müharibənin 2-ci ildönümü olduğunu xatırladan gənclər vurğuladılar: “13 gün əvvəl Azərbaycan Ermənistan Respublikasına və onun xalqına qarşı yeni təcavüzə başlayıb”.

Onlar Azərbaycan silahlı qüvvələrinin Ermənistanın müxtəlif yaşayış məntəqələrinə və sərhədyanı rayonlara mütəşəkkil hücumlar təşkil etdiyini vurğulayıblar.

Həmin təcavüz Ermənistanın suveren ərazisinə qarşı yönəlib, bunun nəticəsində itkilər var. Düşmən mülki infrastrukturu  həmçinin hədəfə alıb.

Gənclər hücumun səbəblərinin 1915-ci ildə erməni soyqırımının başladığı pantürk planını həyata keçirmək üçün eyni olduğunu vurğulayıblar.

“Bu, yeni bir soyqırım cəhdidir və sübut aydındır. Biz Azərbaycan və Türkiyənin regionun sülh və təhlükəsizliyini təhdid edən hərbi hərəkətlərini qətiyyətlə pisləməliyik.

 Qoy bütün Argentina bilsin ki, Azərbaycan və Türkiyə iki soyqırım dövlətidir” yerli hakimiyyət orqanlarına müraciətində.

Gənclər Azərbaycanın Argentinaya yeni təyin olunmuş səfirinə də mesaj göndərərək, Argentinada təkzib siyasətinin tətbiqinin mümkün olmadığını və səssiz qalmayacaqlarını vurğulayıblar.

Daha çox göstər
Back to top button