“Fransa Azərbaycan qüvvələrinin öz başlanğıc mövqelərinə qayıtmasını tələb edib” (Fotolar)

Yelisey sarayında Baş nazir Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.Qarşılanma mərasimindən sonra görüşdən əvvəl iki ölkə liderləri media nümayəndələri üçün açıqlamalar veriblər.
Fransa Prezidenti öz çıxışında xüsusilə qeyd etdi:
“Xanımlar və cənablar,
Mən bu gün Ermənistan Respublikasının Baş naziri cənab Nikol Paşinyanı qəbul etməkdən olduqca şadam.
Son günlər biz dəfələrlə telefonla danışmışıq, çünki Ermənistan sentyabrın 13-də və 14-də silahlı toqquşmalarına görə yenidən yas saxlayır və vəziyyət həqiqətən də kritikdir.

Ermənistan və Azərbaycan sərhəddində çoxlu itkilərə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlar aparılıb. Ermənistan ərazisi hədəfə alınıb, mülki infrastruktur dağıdılıb.
Bu qəbuledilməz vəziyyət qarşısında Fransa öz öhdəliklərini üzərinə götürüb.
BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa Təhlükəsizlik Şurasının iclasını çağırdı və orada vəziyyət iki dəfə sentyabrın 14-də və 15-də müzakirə edildi.
Şura üzvləri hərbi əməliyyatların tezliklə dayandırılmasını və atəşkəs rejiminə hörmət edilməsini tələb ediblər. İşğal olunmuş mövqelərin olduğunu nəzərə alan Fransa Azərbaycan qüvvələrinin öz başlanğıc mövqelərinə qayıtmasını tələb edib.
Sentyabrın 14-də Prezident Əliyevə dedim ki, sərhədin demarkasiya edilməməsi başqa ölkənin ərazisinə irəliləməyə haqq qazandıra bilməz.
Bundan əlavə, mən sentyabrın 13-dən açıq şəkildə bildirdim ki, Fransa gücdən istifadənin nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu ola bilməyəcəyinə əmindir və dialoqu dərhal bərpa etmək lazımdır.
Bütün həll olunmamış, çoxlu sayda məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar müxtəlif formatlarda, xüsusən də AB-nin himayəsi altında aparılır və yenidən başlamalıdır.
Düz iki il əvvəl, 2020-ci il sentyabrın 27-də region üçün ölümlə nəticələnən dəhşətli müharibənin başladığını unutmuram. Bu, regionda genişlənmiş Rusiya hərbi mövcudluğu ilə faktiki olaraq yeni vəziyyətə gətirib çıxardı.
Mən son günlər baş verənləri qətiyyətlə pisləyirəm və sülhə və danışıqların bərpasına çağırıram. Mən regionun gələcəyinə yeni yanaşma təklif edən Baş nazir Paşinyanın cəsarətini alqışlamaq istərdim.

Yaxın saatlarda danışacağım prezident Əliyev deyir ki, o da bölgədəki qeyri-sabitliyə son qoymaq və həll yollarını tapmaq istəyir. Amma güc təhdidi altında sülh qurmaq mümkün deyil.
Ona görə də Fransa sabit, təhlükəsiz və firavan Cənubi Qafqaz olan məqsədinə çatmaq üçün hər şeyi edəcək.
Bir neçə dəqiqədən sonra Baş nazir Paşinyanla mən yerlərdə, həmçinin yeni eskalasiyanın qarşısını almaq və danışıqları bərpa etmək üçün atəşkəsi necə gücləndirəcəyimiz barədə vəziyyəti müzakirə edəcəyik.
Fransanın Avropa Birliyi və digər tərəfdaşlarla birlikdə davamlı sülhə necə töhfə verə biləcəyini görmək üçün bir sıra məsələləri də nəzərdən keçirək.
Mən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası haqqında danışıram, Brüsseldə də bu barədə danışmışıq. BMT və ATƏT-in fəaliyyətini də müzakirə edəcəyik.
Mən bilirəm ki, Baş nazirin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mühüm görüşləri olub. Bu barədə də danışa bilərik.
Biz çox vacib bir məsələyə də baxacağıq: Ermənistanla Türkiyə arasındakı münasibətlər məsələsinə. Bu çətin, lakin çox zəruri prosesdir və bilirsiniz ki, Fransa da bu məsələyə sadiqdir. Bu proses region üçün çox vacibdir.
Nəhayət ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə edəcəyik.
Cənab Baş nazir, Nyu-Yorka səfərinizdən sonra Parisə gəldiyiniz üçün sizə təşəkkür edirəm ki, biz danışaq və məsələləri müzakirə edək.
Mən bir daha Fransanın ölkəniz və bütün region üçün sülh və sabitliyin əldə edilməsinə sadiqliyini vurğulayıram.

Mən sizin məsuliyyət hissini və sülhün bərqərar olması üçün hər şeyi etmək mövqeyinizi alqışlayıram. Mən istəyirəm ki, ölkənizin sərhədləri sakit və dinc olsun.
Təşəkkür edirəm”.
Öz növbəsində Baş nazir Paşinyan qeyd edib:
“Hörmətli Fransa Respublikasının Prezidenti,
İlk növbədə bu dəvətə və səmimi qəbula görə sizə təşəkkür etmək istəyirəm.
Belə görüşlər Fransa ilə Ermənistan arasında imtiyazlı münasibətlərin daha da səmərəli olmasına imkan yaradır. Hesab edirəm ki, artıq qeyd etdiyiniz kimi, cənab Prezident, bu gün biz daha çox beynəlxalq və regional təhlükəsizlik məsələlərinə diqqət yetirəcəyik.
Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edir, onun gündəliyinə Fransanın və Prezident Makronun özünün dəstəyi ilə Azərbaycanın Ermənistana təcavüzü mövzusu da daxil olub. Maraqlı müzakirə aparılıb və məsələ Təhlükəsizlik Şurasının gündəliyində qalmaqda davam edir.
2021-ci il mayın 12-də və 2022-ci il sentyabın13-dəki təcavüzü nəticəsində Azərbaycan Ermənistan Respublikasının suveren ərazilərini işğal edib.
Mən BMT Baş Assambleyasının 77-ci sessiyasında bu mövzuya ətraflı toxundum.
Vurğulamaq istərdim ki, bizim mövqeyimiz birmənalıdır: Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisindən çıxmalıdır və bu mövqeyi qeydə aldığı üçün Fransaya, şəxsən Prezident Makrona təşəkkür etmək istəyirəm.
Beynəlxalq tərəfdaşlarımızın və hörmətli Preziden eləcə də Sizin diqqətini aşağıdakı fakta cəlb etmək istəyirəm. Ermənistanla Azərbaycan arasında dəqiq sərhəd olmadığı, sərhədin demarkasiyası və delimitasiyası aparılmadığına dair fərziyyələrin reallıqla heç bir əlaqəsi yoxdur.

Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlər iki ölkənin müstəqilliyinin ilk aylarında dövlət sərhədlərinə çevrildi, belə ki, həm Ermənistan, həm də Azərbaycan 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər arasında əməkdaşlığın qurulması haqqında sazişi imzalayıb ratifikasiya ediblər.
Üstəlik, hər iki ölkə indiyədək MDB-nin üzvüdür. Xüsusi vurğulamaq istəyirəm ki, inzibati sərhədlər, mövcud sərhədlər mahiyyətcə dövlət sərhədlərinə çevrilir və sazişə qoşulan dövlətlər bu sərhədləri tanıyır ki, bu da sazişin tərkib hissəsidir.
Bu o deməkdir ki, Azərbaycanın hərəkətləri şüurlu təcavüzdən başqa heç bir şəkildə qiymətləndirilə bilməz. Azərbaycanın işğalı nəticəsində bölgəmizdə vəziyyət gərgin olaraq qalmaqda davam edir.
Hesab edirəm ki, Azərbaycanın işğalından zərər çəkmiş rayonlara və sərhəd zonasına beynəlxalq müşahidə missiyasının göndərilməsi beynəlxalq ictimaiyyətin birbaşa və vasitəçi olmayan məlumat almasına kömək edəcəkdir.
Əminəm ki, BMT Təhlükəsizlik Şurası da bu məsələni diqqət mərkəzində saxlamalıdır və bu məsələdə sədrlik edən ölkənin dəstəyini gözləyirəm.
Uzunmüddətli həll yollarına gəlincə, hesab edirəm ki, 1991-ci il dekabrın 8-də olan razılaşma ilə təsdiq edilmiş sərhədlərin qarşılıqlı tanınması şərti ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına getmək zəruridir.
Ermənistan regionda kommunikasiyaların açılmasına və keçdikləri ölkələrin milli qanunvericiliyinə uyğun olaraq yeni kommunikasiyaların tikintisinə hazıdır.
Biz Dağlıq Qarabağ probleminin həllini də vurğulayırıq ki, bu da Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək.
Düşünürəm ki, Azərbaycan-Dağlıq Qarabağ müzakirələrinin başlaması faydalı ola bilər.
Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın rolunu xüsusiiylə qeyd etməliyəm.
Hörmətli Prezident,
hörmətli jurnalistlər,
həmkarlar,
təşəkkür edirəm”.







