BaşlıcaSiyasət

İbrahim Azizi: “Azərbaycan Ermənistanla İran arasında məsafə yaratmağa çalışır”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədrinin birinci müavini İbrahim Əzizi bildirib ki, Azərbaycan Türkiyənin göstərişi ilə İran-Avropa əlaqəsini kəsərək Ermənistan və İran arasında məsafə yaratmağa çalışır.

“Azərbaycanla Ermənistanın qarşıdurması sıradan müharibə deyil. Türkiyənin təhriki ilə Azərbaycan Ermənistanla İran arasında məsafə yaratmağa, İranla Avropa arasında əlaqəni kəsməyə çalışır. Burada pantürkist hərəkatların da rolunu görmək olar.

Əsas ifaçılar kimi Azərbaycan və Türkiyə geosiyasi dəyişiklikləri həyata keçirirlər ki, bu da öz növbəsində İngiltərə tərəfindən planlaşdırılıb.

Bu vəziyyətdə İran öz qonşuları ilə qonşuluq və tanınmış sərhədlərə hörmət əsasında əməkdaşlığı inkişaf etdirərək istənilən geosiyasi dəyişikliyə qəti şəkildə qarşıdır.

Bu məsələlər heç bir halda regionda siyasi dəyişikliklərə gətirib çıxarmamalı və Azərbaycanın İranla həmsərhəd Zəngəzurda mövcudluğunu rəsmiləşdirməməlidir.

Əgər Azərbaycan Zəngəzur dəhlizini ələ keçirsə, o dəhliz vasitəsilə Naxicevana, oradan da Türkiyəyə qoşulacaq, beləliklə, NATO regionda olacaqdır.

Bütün bunların sayəsində Türkiyə osmanlı İmperiyası və ya Turan dəhlizi arzusunu reallaşdırır”.

Daha çox göstər
Back to top button