BaşlıcaMədəniyyət

Milan moda həftəsi çərçivəsində erməni dizaynerlər üzərində “Stand with Armenia” yazısı olan köynəklərlə çıxıblar

“Tekstil Alyansı Ermənistan-İtaliya” biznes forumu və Milan Moda Həftəsi çərçivəsində Viskonti sarayında erməni dizaynerlərinin yeni kolleksiyalarının sərgisi baş tutub.

ER İqtisadiyyat Nazirliyinin “Armenpress”ə verilən məlumata görə, sərgidə 8 dizaynerin (Sončess, Faina, RUZANĒ, Ariga Torosian, Nelly Serobyan, LOOM Weaving, Vahan Khachatryan, Kivera Naynomis) payız-qış kolleksiyaları təqdim olunub.

Şoudan əvvəl erməni dizaynerlər Azərbaycanın hərəkətlərindən və öldürülən erməni qadın hərbçiyə verilən işgəncələrdən bəhs edən videomüraciət təqdim ediblər. Daha sonra erməni dizaynerlər üzərində “Stand with Armenia” yazılmış köynəklərlə çıxıblar. Tematik şəkillərinin müəllifi Artsaxdan olan rəssam Lianadır.

Daha çox göstər
Back to top button