BaşlıcaSiyasət

Mirzoyan: “Beynəlxalq ictimaiyyət Azərbaycanın avantürist hərəkətlərinin və təcavüzünün qarşısını almalıdır”

Beynəlxalq ictimaiyyət Azərbaycanın avantürist hərəkətlərinin və təcavüzünün qarşısını almalıdır. Bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, səfər Azərbaycanın Artsaxa və Ermənistana qarşı genişmiqyaslı təcavüzünün ikinci ildönümündə və Ermənistanın suveren ərazisinə təcavüzündən bir neçə gün sonra baş tutur. Qeyd edək ki, iki il əvvəl Dendias da Ermənistanda səfərdə idi.

Həmsöhbətlər regiondakı vəziyyəti hərtərəfli müzakirə ediblər.

Mirzoyan Azərbaycanın təcavüzünün nəticələrini təqdim edib. “Biz məqsədyönlü reaksiyaya önəm veririk. Təcavüzkarla qurbanı eyniləşdirən ünvansız bəyanatlar yeni cinayətlərə yol açır.

Aydındır ki, bunun nəticələri aradan qaldırılmalıdır. İlk növbədə, bu, Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasıdır.

Əsirlər. qaytarılmalı, atəşkəs rejiminə tam əməl olunması təmin edilməlidir.Eyni zamanda beynəlxalq ictimaiyyət Azərbaycanın avanturist hərəkətlərinin və təcavüzünün qarşısını almalıdır”- deyə  deyə Mirzoyan bildirib.

O, bəyan edib ki, 2 il əvvəl, məhz bu gündə Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı təcavüzə başlayıb və bu gün, 2 il keçməsinə baxmayaraq, münaqişənin həllini tapmayıb, çünki onun səbəbləri həll olunmayıbdır.

Daha çox göstər
Back to top button