BaşlıcaSiyasət

Andranik Koçaryan:  “ER-na silah təchiz edən ölkələr sırasındaHindistan da ola bilər”

Ermənistan bütün o ölkələrdə silah axtarır harada ki, mövcud silahlanma bizim müdafiə idarçiliyimiz üçün lazımdır.

Hindistan məhz bu ölkələrdən biri ola bilər. Bu haqda  Milli Müdafiə Komitəsinin sədri Andranik Koçaryan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqərzində  deyib.

Ermənistan bu silahların ölkəyə çatdırılması üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə edəcəkdir” – deyərək Koçaryan bildirib.

 Ermənistan hökumətinin bugünkü iclasında Baş nazir Nikol Paşinyan da bəyan edib ki, yüz milyonlarla dollar ödənilməsi halları var, lakin Ermənistana çatdırılma üzrə öhdəliklər müttəfiq ölkələr tərəfindən yerinə yetirilmir.

Jurnalistlərdən birinin Ermənistanın Baş nazirinin hansı müttəfiq ölkəni nəzərdə tutduğunu, hansı ölkənin Ermənistana silah tədarük etmək öhdəliyini yerinə yetirmədiyini sualına Koçaryan kəskin cavab verib.

“Lazım gəlsə, mötərizələr açılacaq, lakin hazırkı anda  belə bir ehtiyac yoxdur.

Onu da bildiririk ki, bu gün Hindistanın “The Economic Times” qəzeti Hindistanın Ermənistana təxminən 250 milyon ABŞ dolları dəyərində böyük silah və sursat partiyası tədarük edəcəyini yazıb.

Qeyd olunur ki, sentyabrın əvvəlindən iki ölkə hökumətləri arasında müvafiq sazişlər imzalanıb.

Daha çox göstər
Back to top button