BaşlıcaBeynəlxalq

ATƏT Ermənistan-Azərbaycan münaqişə zonasına missiya göndərmək imkanını nəzərdən keçirir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistan-Azərbaycan münaqişə zonasına öz missiyasını göndərmək imkanını nəzərdən keçirir.

Polşa Xarici işlər nazirliyinin bəyanatında deyilir:

“Şənbə günü Polşanın Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə Fransanın Xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı  keçirilib.

Söhbət zamanı nazirlər Ermənistan və Azərbaycan sərhədində baş verən son hadisələri və bu regiona ATƏT missiyasının göndərilməsi imkanlarını müzakirə ediblər” – deyərək məlumatda qeyd olunub.

Daha çox göstər
Back to top button