BaşlıcaSiyasət

ER XİN:  “Ermənistan Azərbaycan silahlı qüvvələrinin hərbi cinayətlərinə aydın qiymət verilməsini tələb edir”

ER XİN Azərbaycan silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərlə bağlı bəyanat yayıb və həmin bəyanatda deyilir:

“Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən davamlı olaraq paylaşılan bir sıra videolarda Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətləri: erməni hərbi əsirlərin məhkəməsiz şəkildə qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, meyitlərin təhqir olunması faktları  bir daha  isbat edir.

Ermənistan Respublikası Azərbaycan silahlı qüvvələrinin bu və ondan əvvəlki dövrlərdə törətdiyi açıq-aşkar hərbi cinayətlərə aydın qiymət verilməsini tələb edir.

 Biz problemin müvafiq beynəlxalq platformalarda və məhkəmələrdə qaldırılmasını, yuxarıda qeyd olunan cinayətləri törədənlərin və təşkilatçılarının məsuliyyətə cəlb edilməsini, o cümlədən beynəlxalq sanksiyaların tətbiqini davam etdirəcəyik.

Bu kontekstdə düzgün beynəlxalq araşdırmanın aparılması son dərəcə vacibdir.

Eyni zamanda, beynəlxalq ictimaiyyət Azərbaycanda qanunsuz saxlanılan bütün erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal vətənə qaytarılması, məcburi itkin düşməsi və itkin düşənlərin taleyinin üzə çıxarılması üçün Azərbaycana təzyiqləri artırmağa borcludur”.

Daha çox göstər
Back to top button