BaşlıcaSiyasət

Polşalı vəkil Tomaş Buçek Azərbaycanın törətdiyi hərbi cinayətlərə dair sübutlar əldə edib

Polşalı siyasətçi və vəkil Tomaş Lex Buçek erməni hərbi əsirlərin Azərbaycan hərbçiləri tərəfindən güllələnməsi ilə bağlı sensasion videoya toxunaraq, bunu Azərbaycanın hərbi cinayətlərinin sübutu kimi qiymətləndirib.

Polşalı vəkil sözügedən videonu özünün “Twitter” mikrobloqunda paylaşaraq yazıb: “Mən Azərbaycanın törətdiyi hərbi cinayətlərə dair sübutlar almışam. Videoda Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin güllələnməsi əks olunur. Bu video sentyabr ayında Azərbaycanın Ermənistanın sərhədlərini keçdiyi zaman çəkilib”.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanın teleqram kanallarında Azərbaycan əsgərlərinin əsir götürdüyü erməni hərbçiləri necə vəhşicəsinə güllələdiyi əks olunan video yayımlanıb.

Daha çox göstər
Back to top button