ArtsaxBaşlıca

Arayik Harutyunyan Ruben Vardanyana Artsax dövlət naziri vəzifəsini təklif edib

Artsax Respublikasının prezidenti Arayik Harutyunyan ictimai xadim Ruben Vardanyana Artsax Respublikasının dövlət naziri vəzifəsini təklif edib. Bu barədə Arayik Harutyunyan “Facebook” səhifəsində yazıb.

Artsax Prezidenti qeyd edib ki, xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyana qərar qəbul etmək üçün geniş səlahiyyətlər verməyə hazır olmaqla, Artsax Respublikasının dövlət naziri vəzifəsini tutmağı təklif edib.

“Ruben haqqında uzun müddət yaza bilərik, onun cəsarətli qərarlarından, Vətənə, xalqa bağlılığından danışa bilərik, amma bu gün hərəkət etmək vaxtıdır, ona görə də təklifimlə bağlı onun qərarını gözləyirəm. Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığımıza başlayacağam və bu barədə daha sonra ətraflı məlumat verəcəyəm.

Təbii ki, bu o demək deyil ki, mən dövlət naziri səlahiyyətlərini icra edən Artak Beqlaryanın işini səmərəli hesab etmirəm, lakin mövcud çağırışları nəzərə alaraq, bütün milli səylərin birləşdirilməsini zəruri hesab edirəm”, – deyə Harutyunyan yazıb.

Daha çox göstər
Back to top button