BaşlıcaSiyasət

Bakı Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hücum etdi: “El Pais”

İspaniyanın “El Pais” mediası Azərbaycanın Ermənistana qarşı son təcavüzünə toxunub. Qeyd olunub ki, Bakı Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hücum etdi.

“Ermənistan Azərbaycan hərbçiləri tərəfindən erməni hərbi əsirlərin güllələnməsini pisləyir” adlı məqalədə qeyd olunub ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi yayılan video ilə bağlı araşdırma aparmağa çağırıb.

Məqalədə yayılan video ilə bağlı Nikol Paşinyanın bəyanatı da yer alıb. Nikol Paşinyan vurğuladı ki, Ermənistan istintaqın təmin edilməsi və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcək.

“El Pais”-in məqaləsində onu da qeyd olunub ki, sentyabr ayında baş vermiş eskalasiya 2020-ci il müharibəsindən sonra ən ciddi eskalasiyasıdır. Bildirilib ki, Bakı Türkiyədən güclü dəstək alır.

Daha çox göstər
Back to top button