BaşlıcaSiyasət

Danışıqların tam formatı bərpa olunarsa, biz Azərbaycanla danışıqlar aparmağa hazırıq: Artsax Təhlükəsizlik Şurası

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan oktyabrın 3-də Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırdı. İclas zamanı Artsax Respublikası ətrafında baş verən son hərbi və siyasi hadisələr müzakirə olunub. İclasla bağlı Təhlükəsizlik Şurası bəyanatla çıxış etdi.

Bəyanatda qeyd olunur ki, dünyada və regionda baş verən hadisələrin yaratdığı ağır çağırışlar narahatlığa səbəb olur.

“Biz bunu qeyd edirik ki, 2020-ci ildə Türkiyə-Azərbaycan təcavüzü və ondan sonrakı iki illik hərbi-siyasi proseslər nəticəsində faktiki olaraq elə bir vəziyyət yaranıb ki, Azərbaycan Türkiyənin qeyd-şərtsiz dəstəyi ilə güclü təsir rıçaqları əldə edib və onlardan öz maximalist məqsədləri üçün aqressiv şəkildə istifadə edir.

Azərbaycanın hərəkətləri güc tətbiqi və güc tətbiq etmə hədəsi, erməni nifrətinin dövlət siyasətinin artan təzahürləri və beynəlxalq hüququn fundamental normalarının digər kobud şəkildə pozulması ilə müşayiət olunur.

Azərbaycan bütün rıçaqlardan istifadə etməklə Ermənistan Respublikası ilə münasibətlərdə sadəcə təzzyiqçi və diktə mövqeyini təmin etməyə deyil, həm də Qarabağ münaqişəsinin həlli üçün istənilən formatı və səyləri ləğv etməyə çalışır.

Artsax Respublikasının mövqeyi həmişə aydın olub ki, Qarabağ münaqişəsi Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam həyata keçirilməsinin nəticələri əsasında həll edilməlidir. Danılmazdır ki, 1991-ci ildə Artsax xalqı beynəlxalq hüquq normalarına və SSRİ qanunvericiliyinə uyğun olaraq öz müqəddəratını təyin etdi və Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibində olmadı. Üstəlik, Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmaması faktı Artsax xalqının təbii hüquqlarının olmaması və Artsax Respublikasının mövcudluğu faktı demək deyil. Bütün çətinliklərə və çağırışlara baxmayaraq, biz bundan sonra da öz müqəddəratını təyin etmək istiqamətində seçdiyimiz yolu öz Vətənimizdə davam etdirəcəyik.

Artsaxın uzunmüddətli və sabit təhlükəsizliyi öz müdafiə imkanlarımız, Rusiya sülhməramlılarının müddətsiz missiyası və Ermənistan Respublikasının bütün mümkün vasitələri ilə təmin edilməlidir. Arstax Respublikası və artsaxlılar bütün həyati sınaqların öhdəsindən gəlməkdə Ana Ermənistanın dövlətçiliyinin və xalqının yanındadır, bizim milli dəyərlərimiz və maraqlarımız bunu nəzərdə tutur.

Danılmazdır ki, Artsaxın gələcəyindən faydalanan bütün erməni xalqıdır və Ermənistan və Artsaxın maraqları bütövlükdə nəzərə alınmalıdır.

Müharibədən sonrakı kontekst və çağırışları nəzərə alaraq, vurğulayırıq ki, Artsax Respublikası münaqişənin tam hüquqi əsasda və yüksək beynəlxalq format çərçivəsində həlli prosesinə daxil edilənə qədər Ermənistan Respublikası beynəlxalq platformalarda Artsax xalqının hüquq və mənafelərini təmsil və müdafiə etməyə öhdəliyindədir. Bu öhdəliklər və səlahiyyətlər Ermənistan Respublikasının bir sıra yerli və beynəlxalq sənədləri, o cümlədən ATƏT sənədləri və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda müəyyən edildi.

Ona görə də, Artsax Respublikasının tamhüquqlu tərəf kimi tanıdığı və danışıqların tam formatı bərpa olduğu halda biz münaqişənin həlli ilə bağlı Azərbaycanla danışıqlar aparmağa hazırıq”,- bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button