BaşlıcaSiyasət

ABŞ-ın 17 erməni hərbi əsirin geri qaytarılmasında göstərdiyi səyləri yüksək qiymətləndirirəm: Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Twitter mikrobloqunda ABŞ-ın 17 erməni hərbi əsiri öz vətənlərinə qaytarmaq səylərini yüksək qiymətləndirib.

“Mən ABŞ-ın 17 hərbi əsirimizin qaytarılmasına kömək etmək səylərini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq tərəfdaşlarımızın birgə səyləri ilə biz həm humanitar məsələlərin həllində, həm də regionda sülhün bərqərar olunmasında irəliləyiş əldə edəcəyik”, – Baş nazir yazıb.

Daha çox göstər
Back to top button