BaşlıcaSiyasət

Alen Simonyan: “Çox mümkündür ki, KTMT Ermənistanı tərk etmək qərarına gəlsin”

ER parlaentinin sədri Alen Simonyan Rusiyaya qarşıdakı səfəri zamanı KTMT ilə bağlı məsələləri müzakirə etməyə hazırlaşır. Alınan məlumata görə, bu haqda  Simonyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə  qeyd edib..

Bu haqda Ermənistan Baş nazirinin 100 milyon dollar ödənildiyi, lakin müttəfiq ölkələr də daxil olmaqla, Ermənistana tədarük üzrə öhdəliklərin yerinə yetirilmədiyi barədə bəyanatına və jurnalistin bunun Rusiyanın payı olub-olmaması sualına toxunan Simonyan deyib.

Baş nazirin sözlərinin Rusiyaya aid olduğunu deyə bilmərəm, onun belə bir məlumatı yoxdur. Düşünürəm ki, əgər belə bir şey varsa, bu, Ukraynada baş verənlərlə bağlı ola bilər”.

MŞ sədri əmin edib ki, Rusiyaya qarşıdakı səfəri zamanı o, KTMT ilə bağlı məsələləri, Ermənistan-Rusiya qarşılıqlı yardım sazişi ilə bağlı məsələləri müzakirə edəcək.

“Ermənistan bunun üçün səhv etmirəmsə bu günə kimi müraciət edibdir, səhv etmirəmsə  cavabımız yoxdur. Bizdə “yox”  belə cavab yoxdur”- detyərək qeyd edib..

KTMT-dən çıxmağın vaxtı çatıbmı sualına isə Simonyan belə cavab verib: “Çox mümkündür ki, KTMT Ermənistandan çıxmaq barədə qərar qəbul etsin, çünki o struktur lazımi cavab verməsə, mən öz fikrimdə qalıram ki, uzun müddət düşünüb başa düşməliyik.Amma eyni zamanda bu, bundan sonra nə edəcəyimizi və bunun ardınca nələrin gələcəyini anlamadan sürətlə kəskin hərəkətlər etdiyimiz oyun və rəqs deyil,lakin bu  birmənalı olaraq problemdir, mütləq bu haqda danışacağam” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button