BaşlıcaSiyasət

Avropa Parlamentinin üzvləri Azərbaycan qazı və ermənilərin qanı ilə bağlı suallarla Josep Borrelli qəzəbləndiriblər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell Avropa Parlamentində Azərbaycanın Ermənistana qarşı son təcavüzünün müzakirə edildiyi debat zamanı pis vəziyyətə düşüb.

Avropalı parlamentarilər Ermənistan və Azərbaycana gəldikdə Aİ-nin ikili standartları ilə bağlı suallar qaldırıblar, Azərbaycan qazından imtina etmək çağırışları olub.

Deputatlardan biri bildirib ki, Aİ rəhbərliyi üçün Azərbaycan qazı ermənilərin qanından daha vacibdir. Borrell “absurd” adlandırdığı müqayisədən qəzəbləndi və qanunvericiləri suallar verməyə çağırdı.

Eyni zamanda, Aİ Cənubi Qafqazda sabit və uzunmüddətli sülhə nail olmaq üçün belə bir vasitəçi rolunu oynaya bilərmi sualına cavab verərkən, Borrell bildirib: “Ümid edirəm, amma buna zəmanət verə bilmərəm”.

İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı: “Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

“Silahsız erməni əsirləri güllələyən Azərbaycan əsgərlərinin hərbi cinayətlərini pisləyirsinizmi?” sualına Borrell belə cavab verib: “Əlbəttə, mən müharibə cinayətlərini harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq həmişə pisləyirəm. Mən həmişə insan haqlarının pozulmasını pisləmişəm… Araşdırıb günahkarların məsuliyyətə cəlb edilməsinə çağırdıq. Bunlar dəhşətli videolardır və təbii ki, araşdırma tələb edir. Azərbaycan isə bunu edəcəyini bildirib. Onun nəticələrinə şübhəniz ola bilər, lakin Azərbaycan bildirib ki, bunu araşdırır.

Aİ və ATƏT də araşdırmaya hazır olduqlarını bəyan ediblər. Biz demişik ki, bu, Ermənistan ərazisinə hücumdur və Azərbaycan qoşunları Ermənistan ərazisinin bir hissəsini işğal edib və qoşunların çıxarılmasını tələb etmişik. Vəziyyəti nizamlamaq üçün əlimizdən gələni etdik. Təbii ki, biz insan haqlarını pozanların məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişik. Başqa nə deməyimi istəyirsiniz? Əlbəttə, qəzəbimi ifadə edə bilərəm, amma məndən nə deməmi istəyirsiniz?”

Türkiyənin rolundan danışan Borrell qeyd edib ki, Aİ Türkiyənin mövqeyinə təsir etmək üçün əlində olan bütün vasitələrdən istifadə edir: “Türkiyə, əlbəttə ki, Azərbaycana kömək etməkdə davam edir və o, öz təsirindən iki ölkə arasındakı münasibətlərdəki gərginliyi azaltmaq üçün istifadə edə bilər və iki ölkə arasında dialoqun qurulmasında müsbət rol oynaya bilər”.

Daha çox göstər
Back to top button