BaşlıcaSiyasət

Bakıda müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirmiş əsgərlərin valideynləri etiraz aksiyası keçirib

Oktyabrın 5-də Bakıda Milli Məclis önündə aksiya keçirən valideynlər iddia ediblər ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsələr də onlara illərdir şəhidlik statusu verilmir.

Valideynlərdən biri bildirib ki, onun oğlu gecə postda olub, səhər gəlib meyitini tapıblar. “Gülləni kürəyindən vurublar ürəyindən çıxıb, yazıblar ki, ürək çatışmazlıqdan ölüb. Əlimdə bütün sübutlar var, Tərtər məhkəməsi isə işi ört-basdır edib”, – deyə analardan biri deyib.

Onların szğlərinə görə, dəfələrlə dövlət qurumlarına, o cümlədən Milli Məclis deputatlarına müraciət etsələr də, nəticə yoxdur. “Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər. Məni bir şəhid anası kimi bir dəfə dinləmisiniz? Mənə arxa durmusunuz? Mən sizdən pul istəmirəm. Kağız vermək istəmirlər. Onda balamı qaytarsınlar. Balam xəstə-xəstə 7 il Tovuz, Gədəbəy çöllərində olub, onların balaları isə xaricdə”.

Daha çox göstər
Back to top button