BaşlıcaEkonomika

Beynəlxalq Atom Enerjisi Agentliyi Metsamor atom elektrik stansiyasına dəstəyini davam etdirəcək: Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Metsamor AES-də təhlükəsizlik sahəsində aparılan islahatları müsbət qiymətləndirib.

Bu barədə o, özünün Twitter səhifəsində yazıb.

“Ermənistanın iqtisadiyyatı Metsamor Atom Elektrik Stansiyasına arxalanır və Beynəlxalq Atom Enerjisi Agentliyi stansiyanın aşağı karbonlu enerjini təhlükəsiz şəkildə çatdırmasına kömək etmək üçün öz dəstəyini təklif etməyə davam edəcək. Metsamorda təhlükəsizlik sahəsində aparılan islahatları görməyə şadam, onun fədakar işçilərinin sadiqliyinə heyran oldum”,-deyə o yazıb.

Xatırladaq ki, Rafael Qrossi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə oktyabrın 4-5-də Ermənistanda olub. Səfər çərçivəsində o, ER prezidenti, baş naziri və səhiyyə naziri ilə görüşüb.

Daha çox göstər
Back to top button