BaşlıcaSiyasət

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəddə vəziyyətin səngiməsinə dair tədbirləri Paşinyana təqdim edib”: Kopırkin

Sentyabrın 29-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan arasında sərhədin bəzi hissələrində gərginliyin aradan qaldırılması üzrə tövsiyələri Ermənistanın baş naziri Nikol Paşinyana təqdim edib. Tövsiyələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahı hazırlayıb.

Bu barədə çərşənbə günü Yerevanda jurnalistlərə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahı hazırlamaq niyyətində olduğu təkliflər təşkilata üzv dövlətlərin rəhbərlərinə təqdim olunacaq. Söhbət təşkilatın bu regionda iştirakını və rolunu praktiki olaraq nümayiş etdirməli olan konkret addımlardan gedir”, – Kopırkin deyib.

Qeyd edək ki, bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərinin yerləşdirilməsilə bağlı təkliflərin hazırlandığını bildirmişdi.

Daha çox göstər
Back to top button