BaşlıcaSiyasət

Mirzoyan: “Ermənistan beynəlxalq monitorinq mexanizmindən istifadəni fəal şəkildə müzakirə edir”

Azərbaycanla sərhəd insidentlərinin qarşısını almaq üçün Ermənistan beynəlxalq monitorinq mexanizmindən istifadəni fəal şəkildə müzakirə edir.

Bu haqda  ER Xarici işlər naziri Ararat Mirzoyan parlamentində hökumətlə sual-cavab iclasındaqeyd edib.

O, qeyd edib ki, beynəlxalq aktorlar da daxil olmaqla, ümumi rəy var ki, yalnız təcavüzün nəticələrinin aradan qaldırılması, sülh sazişinin imzalanması kifayət qədər təminat yaratmaya bilər və əlavə təminatlar, məsələn, istənilən beynəlxalq, monitorinq tələb olunur.

 “Bu, digər vasitələr arasında müzakirə olunan digər vasitələrdən biridir. Mən başqa bir aləti qeyd edə bilərəm, məsələn, Ermənistan-Azərbaycan sərhədindən silahlı qüvvələrin çıxarılması.

Müxtəlif alətlər, o cümlədən beynəlxalq monitorinq mexanizmi var və bu, aktiv şəkildə müzakirə olunur” – deyərək Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button