BaşlıcaSiyasət

Parlament sədri: “Artsaxın qərarı olmadan hər hansısa bir addım atılmayıb və atılmayacaq”

Danışıqlar prosesinin təfərrüatları həmişə Artsax hakimiyyətinə çatdırılıb. Aldığımız məlumata görə, bu haqda  jurnalistlərlə söhbətində parlamentin sədri Alen Simonyan deyib.

“Artsaxın statusundan geri çəkilib-çəkilməməsi məsələsi olmayıb və söz verilməyib. Söhbət həmişə hüquqlardan gedir.

Hüquqlar çox fərqlidir və belə təəssürat yaratmamaq üçün ki, qondarma “pis” hakimiyyət orqanları bir növ sui-qəsd sənədləri hazırlayır, biz həmişə Artsax tərəfinə bütün məlumatları verirdik və qərarlar qəbul edərkən Artsaxın fikri həlledici olub.

İndi biz bu məsələdə bir addım irəliləyirik və danışıqlar masası arxasında Artsaxa qayıtmağa çalışırıq, belə ki, başqa məsələlər olmasın, şərti olaraq bir fikir Artsaxdan, başqa fikir parlamentdən səslənir” – deyə Simonyan bildirib.

Parlament sədrinin sözlərinə görə, Artsax hakimiyyəti həmişə hərnöqtəni, hər vergülü və ifadəni bilibdir..

“Onlara məlumat verilib və razılaşıblar, çünki reallıqda başqa variant yoxdur və ola da bilməzdi. Üstəlik, deyim ki, bizim Artsaxdan olan həmkarlarımız tez-tez xəbərdarlıq edirdilər ki, Ermənistanın da təhlükəsizliyi ilə bağlı qorxuları var, onlar xəbərdarlıq ediblər və məlumat mübadiləsi aparılıbdır.

Gəlin birdəfəlik dəqiqləşdirək ki, Artsaxın qərarı olmadan heç bir addım atılmayıb və atılmayacaq” – deyə Simonyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button