BaşlıcaSiyasət

Paşinyan və Erdoğan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müzakirə ediblər

Praqada Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan arasında görüş olub.Bu haqda ER hökuməti məlumatlandırıb.

Ermənistan-Türkiyə nizamlanması kontekstində hər iki tərəfdən birbaşa təmaslar və yüksək səviyyəli görüşlər vurğulanıb.

Nikol Paşinyan və Rəcəb Tayyib Erdoğan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini və bu istiqamətdə gələcək addımları müzakirə ediblər.

İki ölkənin xüsusi nümayəndələrinin müzakirələri nəticəsində əldə olunmuş razılaşmaların tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Xüsusilə, söz üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, Ermənistanla Türkiyə arasında birbaşa hava yük daşımalarının həyata keçirilməsinə aiddir.

Həmçinin regional proseslər ətrafında  fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button