Başlıcaİdman

Avro-2024. D qrupunun seçmə mərhələsində Ermənistan Xorvatiya, Uels, Türkiyə və Latviya ilə qarşılaşacaq

Almaniyanın Frankfurt şəhərində Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatma nəticəsində Ermənistanın futbol üzrə yığma komandası Xorvatiya, Uels, Türkiyə və Latviya ilə mübarizə aparacağı D qrupuna düşüb.

Qruplarda birinci və ikinci yeri tutan komandalar Avro-2024-ə vəsiqə qazanacaq. Qalan üç yer isə 2022-ci il Millətlər Liqasının püşkatması nəticəsində formalaşan pley-off mərhələsində oynanılacaq.

Seçmə mərhələnin oyunları 2023-cü ilin mart-noyabr aylarında keçiriləcək.Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcəkdir.

Daha çox göstər
Back to top button