
Praqada keçirilən dördtərəfli görüşün nəticəsi olaraq verilən bəyanata görə, böyük ehtimalla Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan-Azərbaycan sülh sazişi imzalanacaq.
Belə olan halda söhbət hansı sərhədlərdən gedir? Coğrafiyaşünas və kartoqraf Ruben Qalçyan deyir ki, belə olan halda söhbət Sovet İttifaqının Baş qərargahının çəkdiyi xəritələrdən gedir.
Onlar 1969-70-ci illərdə ikitərəfli qaydada ratifikasiya olunub. Bununla belə, Qalçyanın fikrincə, hüquqi nöqteyi-nəzərdən aradan qaldırılmalı olan problemlər var.
Sovet İttifaqının süqutundan sonra Ermənistan və Azərbaycanın müstəqilliyi Sovet İttifaqı Silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən xəritədə göstərilən sərhədlər boyu həyata keçiildi.
Həmin xəritələrlə təkcə Ermənistan və Azərbaycanın deyil, digər sovet respublikalarının da sərhədləri müəyyən edilmiş və təsdiq edilmişdir.
Buna baxmayaraq, kartoqraf Ruben Qalçyanın sözlərinə görə, onlarda sərhədlərin müəyyənləşdirilməsi zamanı müzakirə edilməli olan problemlər var.
“O vaxt “Qırmızı Kürdüstan” vilayəti yaradılmalı olan zaman ərazilərimizin bir hissəsi Azərbaycana verilmişdi. O, Laçından tutmuş, demək olar ki, Fars sərhədinə kimi Kaşatağ rayonunda yerləşirdi”.
Ötən əsrin 20-ci illərində həmin təşəbbüsün əsaslandırılması ondan ibarət idi ki, Azərbaycanda yaşayan bütün kürdlər həmin əyalətə köçməli oldular.
Orada kifayət qədər otlaq sahələri yox idi, çünki ərazi dağlıqdır, ona görə də bəzi ərazilərin Ermənistandan kəsilib həmin əyalətə verilməsi qərara alınmışdır.
1932-ci ildə Azərbaycan “Qırmızı Kürdüstan”ın yaradılmasını ləğv etdi, lakin bu bəhanə ilə alınan ərazilər Ermənistana qaytarılmadı.
Ruben Qalçyan vurğulayır ki, bu ərazilər Ermənistana qaytarılmalıdır, çünki Ermənistandan torpaq götürmək üçün heç bir əsas yoxdur.
Qalçyanın sözlərinə görə, ikinci hüquqi problem Ermənistanda da qeyri-qanuni anklavların yaradılmasıdır. Sovet İttifaqı onları heç bir hüquqi sənəd olmadan və heç bir təsdiq edilmiş qərar olmadan Ermənistandan kəsərək Azərbaycana verdi.
Bütün bunlar hətta Azərbaycanın konstitusiyasına da ziddir, çünki burada Azərbaycanın 1918-20-ci illərin sərhədlərində qurulduğu vurğulanır və özünü Sovet Azərbaycanının varisi hesab etmir.
“Əgər onlar sovet dövrünü qəbul etmirlərsə, o zaman sovet illərində onlara verilən bütün ərazilər qəbul edilməməlidir və geri qaytarılmalıdır. Hətta köhnə sovet xəritələrində 1936-cı ilə qədər ErmənistandaAzəbaycana məxsus olan heç bir anklav yox idi”.
Halbuki, Azərbaycan həmişə özünə nəyin sərfəli olduğunu danışır. Özü üçün əlverişli olanda sovet xəritələrindən də danışır. Faydalı olmayan hallarda isə söhbət mövzusu 18-20 illərə köçürülür. Başqa sözlə, kartoqraf qeyd edir ki, həmin ölkə üçün faktiki, təsdiq edilmiş xəritə yoxdur.
“Həmin dövrdən sonra yaradılmış rəsmi xəritə 1921-23-cü illərin xəritələridir, yenə də heç kimin görmədiyi Rusiya qərargahının xəritələridir, Moskva gizli saxlayırdı, bu günğ kimi də məxfidir.
Lakin buna əsaslanaraq, 1926-cı ildə En-Ka-Ve-De böyük Sovet ensiklopediyasında Ermənistan və Azərbaycanın xəritələrini nəşr etdi.
Həmin xəritələrdə qeyd etdiyim bütün ərazilər Ermənistandadır və heç bir anklav yoxdur.Bu xəritələrdə Ermənistanın ərazisi var. 31 min kvadratkilometrdən artıqdır.
Lakin ondan başlamaq üçün Azərbaycan həmin 29800 kvadrat kilometr ərazini qəbul etməli və öz qoşunlarını bu gün müxtəlif yerlərdən işğal etdiyi Ermənistanın suveren ərazisindən çıxarmalıdır: Sev Lic, İşxanasar, Şorja, Cermuk və s…”
Ruben Qalçyan əmindir ki, Azərbaycan öz silahlı qüvvələrini həmin ərazilərdən çıxarmasa, bu o deməkdir ki, sülh danışıqları əbəsdir.







