
Parlamentin “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan Ermənistan-Rusiya münasibətlərinə toxunaraq, Ermənistan və Rusiya Federasiyasının müttəfiq ölkələr olduğunu və münasibətlərini davam etdirdiyini bildirib.
“Bəli, müəyyən problemlər var, biz həmin problemləri qeydə almışıq və tərəfdaşlarımızla işləyirik, hələ də Respublikamızın ərazi bütövlüyünün bərpası və müqavilə mexanizmlərinin işə salınması ilə bağlı dəqiq addımlar və tədbirlər gözləyirik”,-deyə Hovhannisyan qeyd etdi.







