
Yerevan regional təhlükəsizlik məsələlərini Ermənistan-RF-Azərbaycan parlament formatında müzakirə etməyi təklif edib. Moskvanın reaksiyası müsbətdir
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Moskvada Ermənistan palamentinin sədri Alen Simonyanla görüşü zamanı həmkarının Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatında regional təhlükəsizlik məsələlərinin müzakirəsi təklifini dəstəkləyib.
Bu haqda Dövlət Dumasının saytı məlumatlandırıb..
Qeyd olunur ki, Vyaçeslav Volodin Ermənistanda rus dilinin vəziyyəti ilə bağlı ayrıca çıxış edib. O, Ermənistanda rusdilli məktəblərin açılması məsələsinə diqqət çəkib.
“Vyaçeslav Volodin Ermənistan nümayəndə heyətinə Moskvaya səfəri zamanı iş gündəmini genişləndirməyi də təklif edib. Parlament deputatları Dövlət Dumasının bütün fraksiyalarının və profil komitələrinin rəhbərləri ilə görüşərək gələcək işlərin məsələlərini formalaşdıracaqlar.
Həmin görüşlər Dövlət Duması və Ermənistan parlamenti arasında parlamentlərarası qarşılıqlı fəaliyyət üçün konkret təkliflər olmalıdır” – deyəək mesajda qeyd oluub.
Vyaçeslav Volodin və Alen Simonyan ER parlamenti nümayəndə heyətinin işinin nəticələrini müzakirə etmək üçün oktyabrın 11-də yenidən görüşmək barədə razılığa gəliblər.







