BaşlıcaEkonomika

Son 7 ildə Azərbaycanda xarici sərmayə 70 faiz azalıb

Xarici investorların Azərbaycana yatırdığı sərmayələrin miqdarı azalıb.

“Meydan.tv”ə əsasən, bunu Dövlət Statistika Komitəsinin (DSK) hesabatlarından görmək olur. Azərbaycana yatırılan xarici investisiyaların həcmi 2014-cü ildən bu yana azalmağa başlayıb.

İqtisadçı Nemət Əliyev hesablayıb ki, 2022-ci ildə xarici investorların Azərbaycana etdiyi yatırımlar 22 faiz azalıb.

İqtisadçı qeyd edir ki, xarici sərmayələr son 2 ilə 32 faiz, son 7 ilə 70 faizdən çox azalıb. Onun sözlərincə, Azərbaycana yatırım etmək istəyən xarici investorların azalmasının əsas səbəbi odur ki, onlar bu ölkədə özlərinin təhlükəsizliyinə zəmanət görmürlər.

Saytın yaydığı məlumata görə, müstəqil iqtisadçılar, şərhçilər daim açıqlamalarında bildirirlər ki, nə qədər Azərbaycanda ədalətli hüquq sistemi olmayacaq, azad iqtisadi bazardan söhbət gedə bilməz.

Azərbaycan iqtisadiyyatı “orta azad” hesab edilir. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır.

Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə belə bildirilir. Hesabatda Azərbaycan 75-ci pillədə yer alıb.

Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan 26-cı sırada yer alıb. Bununla “əsasən azad” ölkələr sırasına düşüb. Bu kateqoriyada 27 ölkə var.

Ermənistan da Azərbaycan kimi “orta azad” kateqoriyasına düşüb. Ancaq Azərbaycandan 17 pillə öncə, 58-ci yerdə qərarlaşıb. Əvvəlində İtaliya, sonrasında isə Serbiya, Kolumbiya gəlir.

Azərbaycan rəsmiləri adətən açıqlamalarında ölkədə iqtisadi azadlığın olduğunu bildirirlər. Biznes qurmaq üçün şəraitin olduğunu deyirlər.

Müstəqil ekspertlər isə daim açıqlamalarında əksinə, yerli qurumların açıqladığı hesabatlara şübhə ilə yanaşdıqlarını bildiriblər.

Daha çox göstər
Back to top button