BaşlıcaBeynəlxalq

İsveçrə parlamentinin üzvü:   “Dağlıq Qarabağda yaşayan erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ olmalıdır”

İsveçrə parlamentinin üzvü Stefan Müller-Altermat ER parlamentində  bəyan edib ki, Dağlıq Qarabağ xalqının Azərbaycanın hakimiyyəti tərkibində olmasına imkan vermək olmaz.

“Öz müqəddəratını təyinetmə hüququ insan hüquqları baxımından çox vacib məqamdır. Biz aydın şəkildə görürük ki, insan mövcudluğu problemi var və o, təhlükə altındadır.

Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli sadəcə olaraq beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb.

Yeni soyqırıma səbəb olacaq silah yardımına müraciət etməkdənsə, siyasi həll yolu tapılmalıdır, lakin bunu Azərbaycan açıq şəkildə rədd edir və biz buna qarşı mübarizə aparırıq.

İllərdir ki, ermənilərə qarşı etnik dözümsüzlük mühiti hökm sürür. Və Dağlıq Qarabağ xalqının Azərbaycanın hakimiyyəti tərkibində olmasına imkan verilməməlidir. Bu, mümkün deyil: Bu, bütün tərəflər üçün aydın olmalıdır” – deyərək  Stefan Müller bildirib.

Daha çox göstər
Back to top button