
Norveçin Xarici işlər naziri Anniken Hütfeldt oktyabrın 18-də Ermənistanda işgüzar səfərdə olacaq.
Həmin gün ER XİN-də Ermənistan və Norveç XİN başçılarının görüşü keçiriləcək. Bu haqda ER XİN məlumatlandırıb.
“Səfər çərçivəsində Norveçin Xarici işlər nazirinin Ermənistanın Baş naziri və parlamentin sədri ilə də görüşləri olacaqdır” – deyərək məlumatda bildirilib.







