BaşlıcaSiyasətTəhlil

Ermənistanla sərhəd gerginliyi Bakıya nəyə lazımdır? Skakov yeni təcvüzün ehtimalını qiymətləndirib

Azərbaycan tərəfindən Ermənistana yeni genişmiqyaslı hücum üçün səbəblər yoxdur, lakin güc təsirindən istfadə etməyi də daxil olmaqla yeni mövqelərini yaxşılaşdırmaq cəhdləri olacaq. Bu barədə NEWS.am-in “Güc faktoru” proqramı zamanı RF Elmlər Akademiyasının Şərşünaslıq İnstitutunun direktor müavini Aleksnadr Skakov bildirib.

Onun sözlərincə, Azərbaycana bu gerginlik lazımdır, çünki yeni ticarət üçün zəmin yaradır.

“Ermənistanla Azərbaycan sərhədində, SSRİ dövründəki bütün sərhədləri kimi delimitasiya və demarkasiya olunmayıb, ona görə də belə problemlər qaçılmazdır”- deyə ekspert qeyd edib. Rusiya ilə Azərbaycan arasında belə problem yarananda, Rusiya kifayət qədər böyük, mübahisəli ərazi Azərbaycana verdi. Gürcüstan və Azərbaycan münasibətlərində də belə oldu.

“Burada çoxlu çətinliklər yaranır və təbii ki, Azərbaycan Yerevana təzyiq etmək üçün həmin rıçaqdan istifadə edir. Bakı aşağıdakı prinsipi rəhbər tutur. Əgər bizim şərtlərimizlə razılaşmasanız, o zaman sərhəddəki bu və ya digər ərazinin mülkiyyətçiliyi məsələsini yenidən qaldıracağıq”, – deyə Skakov əlavə edib.

Daha çox göstər
Back to top button