BaşlıcaTəhlil

Azərbaycan İnterneti azad olmayan ölkələr sırasındadır: Freedom House

Freedom House-un 2022-ci il üçün hesabatında İnternet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir. Ermənistan və Gürcüstan “azad ölkələr” kateqoriyasında qalıblar.

Ermənistanın 74, Gürcüstanın 78 balı var. Gürcüstan 7-ci, Ermənistan isə 14-cü yeri tutub.

Azərbaycan 38 bal toplayaraq “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasında qalıb.

Hesabatda bu ilin fevralında Azərbaycanda qəbul edilmiş media haqqında yeni qanun məhdudlaşdırıcı müddəalarına görə tənqid edilib. Belə ki, qanun xarici KİV-in maliyyələşdirilməsini məhdudlaşdırır və KİV operatorlarının ölkədə yerləşməsini tələb edir.

Hesabatda həmçinin deyilir ki, sözügedən qanun İnternet-KİV üçün onsuz da məhdud olan mühiti daha da məhdudlaşdırıb və bir çox azərbaycanlı jurnalisti xaricdə işləməyə məcbur edib.

Daha çox göstər
Back to top button