
ER parlamentinin sədri Alen Simonyan bəzi müxalifət deputatlarının parlamentə qayıtmasına toxunub.
“Nə etməlidirlərdi ki? Mən onların qayıtmasını demişdim. Lakin gəlib kosmosdakı hava çirkliliyi ilə bağlı layihəsinə qarşı səs vermələri açıqcası anlaşılmazdır”,- deyə Simonyan qeyd etdi.
Qeyd edək ki, “Ermənistan” və “Şərəfim var” fraksiyaları uzun zaman parlamentin iclaslarında iştirak etməməkdən sonra oktyabrın 25-də parlamentə gəliblər.
Oktyabrın 26-da bəzi müxalifət deputatları layihələrin müzakirələrində iştirak ediblər.







