BaşlıcaSiyasət

Suren Papikyan Fransa nümayəndə heyətini qəbul edib

Oktyabrın 27-də ER Müdafiə naziri Suren Papikyan Fransa Müdafiə nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya Baş idarəsinin Avropa-Amerika-Çoxtərəfli Əməliyyatlar Xidmətinin rəisi Guillaume Olangier-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Fransanın ER-da olan Fövqəladə və səlahiyyətli səfiri Ann Luyo da iştirak edib.

Görüş zamanı Ermənistan Respublikasının Müdafiə nazirinin Fransaya işgüzar səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi və müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Bundan əvvəl nümayəndə heyəti ER Silahlı qüvvələri Baş qərargahının Müdafiə nazirinin 1-ci müavini, general-mayor Edvard Asryan və Müdafiə nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyanla işgüzar müzakirələr aparıbdır.

Daha çox göstər
Back to top button