
Onun sözlərinə görə, həmin kağız bəzi qüvvələr tərəfindən kapitulyasiya kimi qiymətləndirilib. “İndi həmin qüvvələr 9 noyabr bəyanatını müdafiə edir, deyirlər ki, o sənəddəki nailiyyətləri itirmək olmaz.
2020-ci ildə bizi noyabrın 9-da kapitulyasiyaya imza atmaqda ittiham edənlər, indi də deyirlər ki, həmin sənəddə olan əldəolunmaları itirmək olmaz.
Bu,ümumiyyətlə tarixi cəfəngiyyatdır,çünki tarix heç vaxt görməyib ki, eyni ölkə 2-3 kapitulyasiyaya imza atıb.Yəni 9 noyabr sənədi kapitulyasiyadırsa,deməli son, bir daha kapitulyasiyaya imza atmaq imkanı yoxdur.
Əgər kapitulyasiyaya imza atmaq imkanı varsa, deməli, 9 noyabr sənədi kapitulyasiya olmayıb”.
Paşinyan 9 noyabr sənədinin vacib olduğunu vurğulayıb. “Dağlıq Qarabağın mövcudluğu, Dağlıq Qarabağ təmas xəttinin mövcudluğu, sülhməramlıların yeridilməsi, ER ilə əlaqə vasitəsi kimi Laçın dəhlizinin mövcudluğu, blokadadan çıxarılması gündəliyi, qaçqınların hüquqları orada qeyd olunur”.
Paşinyan əmin edib ki, əvvəlki dövrdə onların missiyası ER-də demokratiya qurmaq olduğu kimi, qarşıdakı dövrdə də onların vəzifəsi ER ətrafında sülhü təmin etmək olmalıdır. “Və bu, xüsusilə dünya düzəninin gözümüzün qabağında dağıldığı bir şəraitdə asan məsələ deyil”.
O, bildirib ki, sülhün bərqərar olması üçün 2020-ci il noyabrın 9-da olan üçtərəfli bəyanatın bütün müddəaları, 11 yanvar bəyanatının bütün müddəaları həyata keçirilməlidir və nəticədə DQ problemini müəyyən bir mərhələyə gətirilməlidir.
Onun sözlərinə görə, üçtərəfli bəyanatın 9-cu bəndi blokun açılması ilə bağlıdır. Bu o deməkdir ki, regionda bütün kommunikasiyalar açılmalıdır”.
Paşinyanın sözlərinə görə, Ermənistan ərazisindən keçidin təmin edilməsindən söhbət gedə bilməz. O, Azərbaycanın praktikasını, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesini də tənqid edib və əlavə edib ki, praktiki məsələlərə gəlincə, Azərbaycanın əlavə ideyaları olduğu ortaya çıxır.
“Müddəa var ki, ER Azərbaycanın “Qərb rayonları ilə Naxicevan arasında əlaqəni təmin etsin və tərəflər razılaşdıqda yeni yollar çəkilsin. Biz bu əlaqəni təmin etməyə hazırıq, Azərbaycan demir ki, biz bu variyantı istəmirik”.







