Başlıcaİctimaiyyət

“TikTok” işçilərinə Ermənistan, Qazaxıstan və Qırğızıstana köçmək təklif edilib

“TikTok”un Rusiya ofisinin əməkdaşlarına Qazaxıstan, Ermənistan və Qırğızıstana köçmək təklif olunub. Amma bunu etmək istəyənlər bütün xərcləri öz üzərinə götürməli və əlavə əmək müqaviləsi bağlamaq üçün Rusiyaya qayıtmalı olacaqlar.

Radar.am saytı RBC-a istinadən xəbər verir ki, Rusiya xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl “TikTok”un Rusiya ofisində 200-300 əməkdaş çalışırdı, onların bəziləri fiziki olaraq Rusiyada yerləşmirdi. Mənbənin sözlərinə görə, hesabatlara əsasən, hər üçüncü işçi başqa ölkədə işləyir.

RBC-nin TikTok-a yaxın bir müsahibi, “TikTok”un Rusiyada dayandırılmasından sonra Rusiya ofisinin bəzi əməkdaşlarının digər beynəlxalq komandalarda, məsələn, Yaxın Şərqdə işləməyə başladığını, lakin Rusiya ofisinin əməkdaşları olaraq qaldığını söyləyib.

Daha çox göstər
Back to top button