
Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın Baş nazirin müavini Mher Qriqoryanın rəhbərliyi ilə üzvləri noyabrın 3-də Brüsseldə keçiriləcək sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasında iştirak edəcəklər.
Verilən məlumata görə, bu barədə ER XİN məlumatlandırıb.
Görüşlə bağlı razılıq oktyabrın əvvəlində Ermənistanın Baş naziri, Fransa Prezidenti, Azərbaycan prezidenti və Avropa Şurası sədrinin iştirakı ilə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində əldə olunub.







