
Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan vəzifədə olduğu müddətdə əldə olunan nailiyyətləri və problemləri ümumiləşdirib.
“Armenpress” müxbirinin verdiyi məlumata görə, noyabrın 3-də keçirilən mətbuat konfransında Beqlaryan bildirib ki, o, 2021-ci il iyunun 1-də postmüharibə dövründə çətin postda Artsax Respublikasının dövlət naziri vəzifəsini icra etməyə başlayıb.
Onun sözlərinə görə, işlədiyi dövrdə sistemli problemlər həll olunub. “Prosesdə idarəetmə üsullarını öyrəndim, sonra təcrübəyə əsaslanaraq özümün və həmkarlarımın iş səmərəliliyini artırdım. Problemlərə konkret, fərdi problemlər kimi yanaşmadım, onları qaldırdım, qayda-qanunlarla tənzimlədim. Mən normativ bazalar yaratmışam və sistem səmərəli işləməyə başlayıb”, – deyən Artak Beqlaryan qeyd edib ki, xüsusilə də mənzil təminatı, tikinti, sosial sektorlarda uğurlar əldə olunub.
“Sosial işçi institutunu təqdim etdik, təlimlər baxımından müəyyən uğurlarımız oldu, amma bu baxımdan hesab edirəm ki, bizdə böyük boşluqlar var, çünki dövlət sistemində idarəetmə imkanları problemi var ”, – deyə Beqlaryan qeyd edib.







