ArtsaxBaşlıcaSiyasət

Artsax prezidenti yeni təyin olunmuş dövlət naziri Ruben Vardanyanı təqdim edib

Noyabrın 4-də Artsax Respublikasının prezidenti Arayik Harutyunyan yeni təyin olunmuş dövlət naziri Ruben Vardanyanı hökumət üzvlərinə və dövlət nazirinin aparatının əməkdaşlarına təqdim edib.

Çıxışında ölkə başçısı Artak Beqlaryana fədakar əməyinə görə təşəkkür edib və əminliklə bildirib ki, o, gələcəkdə Artsaxın inkişafı və xalqımızın rifahı naminə bütün potensialını, biliyini və təcrübəsini sərf edəcəkdir.

Yeni dövlət nazirini təqdim edən Arayik Harutyunyan qeyd edib ki, Ruben Vardanyan 20 ildən artıqdır ki, Artsaxın yanındadır, müharibə zamanı Artsaxın yanında olub və sonra da “Avroradan Artsaxa” layihəsi  vasitəsilə Artsaxda daha aktiv sosial və xeyriyyə proqramları həyata keçirib. Prezidentin sözlərinə görə, Ruben Vardanyanın vətənə sədaqəti, inamı, gücü, enerjisi Artsax üçün son dərəcə vacibdir. Bizə isə bu mərhələdə onun təcrübəsi, imkanları, bütün dünya ilə dəyərli əlaqələri çox lazımdır.

“Ən əsası odur ki, o, Artsaxın gələcəyinə inanır. O, əmindir ki, bütün erməni xalqının gələcəyi Artsaxda həll olunur və öz hərəkətləri ilə təsdiqlədi ki, onun üçün Artsaxa gəlməkdən və burada bizimlə olmaqdan, taleyimizi bizimlə bölüşməkdən vacib heç nə yoxdur. O, bizimlədir və belə insanlara Vətənə xidmətdə maksimum dəstək olmaq lazımdır”, – deyə ölkə başçısı vurğulayıb.

Arayik Harutyunyan yeni dövlət nazirini əmin edib ki, o, prezident, hökumət, parlament və bütün Artsax xalqının dəstəyini alacaq.

Artak Beqlaryan ona verilən imkana görə dövlətə və xalqa təşəkkür edib. “Mən həqiqətən ümid edirəm ki, cənab Vardanyanın missiyası uğurlu olacaq. Mən və digər həmkarlarımız birlikdə daha böyük uğurlara imza atmaq üçün cənab Vardanyanın yanında olmağa hazırıq”, – deyə o bildirib.

Ruben Vardanyan vurğulayıb ki, indiki dövrdə Artsax dövlət naziri vəzifəsini tutmaq onun üçün böyük şərəf və daha böyük məsuliyyətdir.

“İki aydır ki, buradayam, kəndlərdə çoxlu insanlarla, gənclərlə, hökumət üzvləri ilə, Parlamentdə, müxtəlif rəsmilərlə görüşmüşəm. Bəlkə siz bunu hiss etmirsiniz, amma demək istəyirəm ki, Artsax xalqı bu mənada hamı üçün nümunədir ki, bu çətin vəziyyətə baxmayaraq, onlar burada qalırlar, yaşayırlar. Və mən fəxr edirəm ki, sizin yanınızdayam ki, hamımız xidmət edək, Vətənimizi qorumağa çalışaq, gələcəyimiz işıqlı olsun. Biz Artsaxı əcdadlarımızdan almışıq və biz onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”, – deyə Ruben Vardanyan bildirib.

Daha çox göstər
Back to top button