Başlıcaİctimaiyyət

İyul-sentyabr aylarında Ermənistana səfər edən rusların sayı rekord həddə çatdı

Rbc.ru xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatlarına əsasən, bu ilin iyul-sentyabr aylarında 9,7 milyon rusiyalı xaricə gedib.

Bu göstərici ikinci rübün göstəricisindən (5 milyon nəfər) təxminən iki dəfə çoxdur və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon nəfər çoxdur.

Səfərlərin 70%-i Abxaziya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Finlandiya olub.

İyul-sentyabr aylarında Abxaziyaya təxminən 2,5 milyon insan səfər edib. Türkiyə 2,1 milyon girişlə ikinci, Qazaxıstan 1,3 milyon girişlə üçüncü yerdədir.

İyul-sentyabr aylarında Ermənistana 267 minə yaxın insan gəlib. Bu, 2018-ci ildən bəri rübün ən yüksək göstəricisidir. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında artım 56% təşkil edib.

2022-ci ilin aprel-iyun ayları ilə müqayisədə səfərlərin sayı 120% artıb.

Daha çox göstər
Back to top button