BaşlıcaSiyasət

Qubernator: “44 günlük Artsax müharibəsindən sonra Tavuşun sərhədlərində heç bir dəyişiklik baş verməyib”

2020-ci ilin 44 günlük Artsax müharibəsindən sonra Tavuşun sərhədlərində heç bir dəyişiklik baş verməyib. Bu haqda Tavuş qubernatoru Hayk Qalumyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O, düşmənin keçid məntəqələrində çadır qurması ilə bağlı yayılan xəbərləri təkzib edib və düşmənə təslim ola biləcək kəndlərin olub-olmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib. “Bir daha mənə o sualı vermə. Hazırda belə bir şey müzakirə olunmur”dedi.

Sentyabrın 13-dən sonrakı vəziyyətə toxunan qubernator deyib ki, 90-cı illərdən sonra Tavuşda hər zaman arabir atışma olub.

O, həmçinin Yuxarı Voskepar sərhədində Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin olması ilə bağlı şayiələri də təkzib edib. “Belə bir şey yoxdur”-deyə qubernator cavab verib.

Daha çox göstər
Back to top button