BaşlıcaErməni Soyqırımı

İsrail Xarici işlər nazirliyinin yüksək vəzifəli şəxsləri Erməni Soyqırımı Muzeyində olublar

Noyabrın 8-də İsrail Xarici şlər nazirliyinin baş direktor müavini, Avrasiya və Qərbi Balkanlar departamentinin rəhbəri Simona Helperin və Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Mixal Herşkovits noyabrın 8-də Erməni Soyqırımı Muzeyinə gediblər.

İsrailin Ermənistandakı səfiri Yoel Lioni və İsrailin Ermənistandakı fəxri konsulu Aşot Şaxmuradyanın müşaiyyətiylə muzeydə olublar.

Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Harutyun Marutyan qonaqları salamlayaraq, xatirə kompleksinin yaradılmasının qısa tarixini təqdim edib.

Dadryan adına Müqayisəli Soyqırım tədqiqatları şöbəsinin elmi işçisi V. Regina Qalustyan İsraildən gələn qonaqları 20-ci əsrin ilk soyqırımını sənədləşdirən sənədlərlə, daimi və müvəqqəti sərgilərlə tanış edib.

Daha çox göstər
Back to top button