
AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” mikrobloqunda Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşünə istinad edərək yazıb.
“Vaşinqtonda Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak etməsi ümidvericidir”.







