BaşlıcaSiyasət

Həftə icmalı – VİDEO

Həftə ərzində baş verən ən maraqlı və vacib hadisələri təqdim edirik

📍Beynəlxalq vasitəçilərin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında keçirilən yüksək səviyyəli görüşlərə paralel olaraq, regionda gərginliyin azalması müşahidə olunmur. Noyabrın 7-də ABŞ-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında keçirilən görüşdə xarici işlər nazirləri danışıqlara təkan vermək və yaxın həftələrdə növbəti görüş keçirmək barədə razılığa gəliblər, lakin görüşdən cəmi bir gün sonra noyabrın 8-də işğal olunmuş Şuşi şəhərində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bir daha açıq şəkildə təkcə Ermənistanı deyil, İranı, beynəlxalq ictimaiyyəti, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün səy göstərən tərəfləri hədələyib.

📍Əliyevin hədələyici açıqlamaları cavabsız qalmadı. Noyabrın 10-da ER baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Əliyev yürütdüyü soyqırımı siyasəti davam etdirmək üçün əldə edilmiş razılaşmaları pozur və danışıqlar prosesi hər dəfə dalana dirəyir. Paşinyan vurğulayıb ki, sülh gündəmi Ermənistanın və ya Dağlıq Qarabağ ermənilərinin “dinc yolla məhv edilməsi” deyil, Ermənistanın və regionun dinc inkişafı və birgə yaşamasıdır.

📍Əliyevin aqressiv bəyanatlarına İran Xarici İşlər Nazirliyinin sözçüsü də münasibət bildirib. O, rəsmi Bakının Tehranla Yerevan arasında təmaslardan narahat olmasını qəbuledilməz hesab edib və qeyd edib ki, bir qonşu ilə münasibətlərin möhkəmlənməsi heç bir halda digər qonşuya qarşı yönəlmir. Həftə ərzində İran-Azərbaycan münasibətlərinin xüsusi gərginliyi fonunda bir sıra hadisələrə də diqqət yetirmək lazımdır. Xüsusən də “İranın Naxçıvani Xalq Hərəkatı”nın yaydığı bəyanat qızğın müzakirələrə səbəb olub, belə ki, hərəkat üzvləri mövcud problemlərdən şikayət edərək, İranı hərbi qüvvələrini Naxicevanda yerləşdirməyə və onu Əliyevin sionist qüvvələrinin əlindən xilas etməyə çağırıblar. Bəyanat internetdə geniş yayıldıqdan sonra noyabrın 7-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tələsik araşdırmalara başlayıb və “belə təxribatın Azərbaycana qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən yayıldığını” bəyan edib. Azərbaycan mətbuatında yayılan anti-İran kampaniyası İran hakimiyyətinin diqqətindən də yayınmayıb. Noyabrın 10-da Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin köməkçisi Azərbaycan mətbuatında İrana qarşı yazılan qeyri-dost bəyanatlarla bağlı öz narazılığını və kəskin etirazını səfirə çatdırıb.

📍Regionda artan gərginliyə paralel olaraq, Artsaxda dövlət sistemi həmişəki kimi öz işini davam etdirir. Noyabrın 7-də Artsax prezidentinin çağırdığı müşavirədə ölkənin daxili və xarici siyasəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələri isə noyabrın 5-də Azərbaycan mövqelərindən yerli sakinə qarşı atəş açıldığını təsdiq ediblər.

Daha çox göstər
Back to top button